Meyvə, meyvə, yenə də meyvə!

post-img

Bəzi qidalar var ki, onları çox yemək bədəndəki iltihabın azal­masına kömək edir. Bu, çox vacib məsələdir. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. Dietoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb. 

Deyib ki, iltihab əslində immun siste­minin təbii reaksiyasıdır. Bu, o deməkdir ki, orqanizmin hər hansı bir hissəsində proses başlayıb və immunitet bu prosesi dayandırmağı bacarmır. Xroniki iltihab qarşısı alınmayanda ürək, damar, diabet və xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Həkim bildirib ki, bu riski gənc yaş­dan azaltmaq lazımdır. Bunun üçün mümkün qədər çox tərəvəz, meyvə, giləmeyvə yemək lazımdır.

İltihabı azaldanlar – sitrus meyvələ­ri, böyürtkən, moruq, çiyələk, qaragilədir. Mütləq rasiona kivi, qreypfrut, ananas daxil etmək lazımdır. Tropik meyvələr­də bromealyn adlı ferment var, o, güc­lü iltihabəleyhinə təsiri ilə məşhurdur, bədəndəki artıq yağı, piyi yuyur. Həmin meyvələrdə immunitet üçün vacib olan bütün vitaminlər var. Ananas artrit, rev­matizm, həzm sistemi xəstəlikləri üçün dərmandır.

E vitamini və monoyağlarla zəngin avokado da qanda şəkəri salır, iltihabı azaldır.

C vitamini ilə zəngin kivi, portağal da vacibdir. Çünki gündə 500 milliqram vi­tamin C iltihabı azaldır.

Alma, gilas və gilənar da podaqra, revmatoid artrit xəstələri üçün vacibdir. Alma kversetin mənbəyidir, antioksidant təsiri var.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat