Saturnun halqaları və peykləri

post-img

Çəkisinə görə, təxminən, 17 Yer kütləsi ağırlığında olan nüvəsi Saturn planetinin 60 faizini tutur, bu da əvvəllər güman edildiyindən xeyli çoxdur. Nüvə ilə qaz naləsinin arasındakı sərhəd qeyri-səlisdir.

Saturnda baş verən ən maraq­lı hadisələrdən biri planetin halqa­larla əhatə olunmasıdır. Halqalar hələ 1610-cu ildə Qaliley tərəfindən müşahidə edilmişdi. Onlar müxtəlif sürətlə Saturnun ətrafına dolanırlar. Bəs halqalar nədən yaranır? Sən demə, onlar xırda buz və daş hissə­ciklərindən ibarətdir. Hissəciklər həm xırda toz dənəcikləri, həm də iri qaya parçaları şəklində olur. 

Hazırda Saturnun yeni kəşf edil­miş 20 peyki ilə, ümumilikdə, 82 pey­ki var. Bu rekord daha əvvəl 79 peyk ilə Yupiter planetinə aid idi.

Saturnun, köhnə adı Zühəldir. Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafə­sinə görə altıncı planetdir. Saturn Roma mifologiyasına görə tanrılar­dan birinin adıdır. 

PÜNHAN
XQ

Dünya