Beynəlxalq Multikulturalizm Gənclər Forumunun Azərbaycanda keçirilməsinə çox şadam, bu, düzgün seçimdir. Ona görə ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində dünyaya nümunə göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICESCO-nun İnsan Elmləri Bölməsinin direktoru Dinara Quliyeva söyləyib.
O, dünya ölkələrindən 70-dək gəncin qatıldığı II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun böyük fürsətlər yaratdığını qeyd edib.
D.Quliyeva bildirib ki, gənclər arasında mədəniyyəti paylaşmaq, körpü yaratmaq, həmçinin forumu Xankəndi və Şuşada keçirmək önəmli hadisədir.