Səbail rayonunda narkokuryer saxlanıldı: 10 kq marixuana aşkarlandı

post-img

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Elnur Məmmədov saxlanılıb. Onun avtomobilindən 10 kiloqram 45 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Məlumatı DİN mətbuat xidməti verib. 

E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan əlavə, avqustun 22-də polis əməkdaşları tərəfindən ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,7 tondan artıq çəkidə 5041 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Hadisə