Səməd Vurğunun dovğa əhvalatı

post-img

Qaratikan həmişə xalq arasında və bədii ədəbiyyatda əsasən mənfi mənada, ayrılıq və hicran rəmzi kimi işlədilib. Lakin təsərrüfat və məişətdə ondan heç də az istifa­də etmirlər. Bağ-bağçalara, həyətyanı sahələrə qaratikan kolundan çəpər çəkirlər. Təndir qalayanda qurumuş kollar yaxşı alışıq hesab edilir. Arılar qaratikan çiçək­lərindən bal çəkirlər. Onun sarıya çalan çiçəklərinin ortasında olan qara toxumlar quşların sevdiyi dənlərdir.

Deyilənə görə, müharibə illərində, aclıq-qıtlıq vaxtı camaatın da onun toxumları ilə qidalandığı vaxtlar olub. Qaratikanın müalicəvi əhəmiyyəti də var. Dəri infeksiyası zamanı qaratika­nın təzə budaqlarını oçaqda yandırır və ondan ayrılan yağı zədəli nayihə üzərinə sürtürlər.

Qaratikanın kulinariya əhəmiyyəti barədə maraqlı bir əhvalat da var...

Vaxtilə xalq şairi Səməd Vurğun Füzuli rayonunda oxuçularla görüşdən sonra bir evə dəvət olunur. Şairin adına layiq süfrə açırlar. O, dovğa kasasını qarşısına çəkərək bir-iki qaşıq yeyən­dən sonra ev sahibinə deyir:

– Əzəldən dovğa sevənəm. Bu dovğanın ləzzətindən ağzım dada gəl­di. Mən bu dovğanı qırqovullu plova dəyişmərəm! Sonra şair sözünə ara verib soruşur:

– Bu dovğanın ayranına dağkeşni­şi, quzuqulağı, ispanaq, nanə və yar­pızdan başqa, nə qatılıb ki, belə dad­lıdır? 

Dovğanı bişirib süfrəyə verən evin xanımını çağırırlar. Səməd Vurğun üzünü ona tutub soruşur:

– Ay bacı, bu dovğanın bu cür dadlı alınmağının sirri nədədir? Bu, mənim üçün çox maraqlıdır!

Xanım deyir:

– Səməd qağa, burada heç bir sirr yoxdur. Mən də ayrana bütün qadın­ların istifadə etydiyi dovğa göylərin­dən tökmüşəm. Amma onlardan fərqli olaraq mən dovğanı təzə kəsilmiş qa­ratikan budağı ilə bulayıram. Əlbəttə ki, onun yarpaqlarını, tikanlarını yax­şı-yaxşı yuyuram. O, dovğaya özgə dad verir.

Səməd Vurğun deyir:

– Afərin sənə, ay bacı! Bu, Azər­baycan kulinariyasında yenilikdir. Bun­dan sonra könlüm dovğa istəyəndə sizə gələcəyəm...

Süleyman QARADAĞLI

Sosial həyat