Bu ilin yanvar-mart ayları ərzində ölkədən 10,9 milyon ABŞ dolları dəyərində 6,5 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 25,7 faiz, həcmi isə 10,4 faiz artıb.
Cari ilin ilk rübündə bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,2 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,27 faizə bərabər olub.

