Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xidmətin rəhbərliyi və kollektivi iştirak edib.
XQ xəbər verir ki, tədbirdə nəciblik və ziyalılıq mücəssəməsi olan akademik Zərifə Əliyevanın mənalı həyat yolundan söz açılıb, ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına verdiyi əhəmiyyətli töhfələrdən danışılıb.
Zərifə xanımın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olduğu, həmçinin sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Tədbirdə akademik Zərifə Əliyevanın Azərbaycan elmi və səhiyyəsi qarşısında böyük xidmətlərindən danışılıb, sənədli film nümayiş olunub.



