Azərbaycanın bitki yağı ixracından gəliri artıb

post-img

Bu ilin birinci rübündə Azərbaycandan 9,8 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar ixrac edilib.

XQ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə dəyər ifadəsində 68,4% çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli yağların ixracı Azərbaycanın ümumi ixracının 0,18%-ni təşkil edib.

İqtisadiyyat