AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib

post-img

Aprelin 28-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının məsul şəxsləri Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarını ziyarət ediblər.

AMEA nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.















Elm