Ordumuz qarşı tərəfin 200-dən çox qurğusunu məhv edib

post-img

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində hə­yata keçirilən antiterror tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlə­rində əvvəlcədən yerləri müəyyənləşdirilmiş izləmə-mü­şahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən çox op­tik-elektron və müşahidə kameraları bölmələrimizin və mül­ki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti bo­yunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb.

Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıra­dan çıxarılıb.

XQ

Son xəbərlər