Xankəndi şəhidi Xocalı kütləvi məzarlığında

post-img

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Xəbər verildiyi kimi, işğaldan azad edil­miş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçi­rilən əsaslı bərpa-quruculuq işləri çərçivəsin­də aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edil­miş insan qalıqlarının müayinəsi zamanı on­ların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsul­larla işgəncə, fiziki zorakılıq və qeyri-insa­ni rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmala­rı və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Həmçinin aşkar edilmiş insan qalıqla­rı xüsusiyyətlərinə görə, ən azı, 25 il əvvəl basdırılıb.

Baş Prokurorluq tərəfindən Əsir və it­kin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazir­liyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pato­loji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşları­nın iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərər­çəkmişlərin şəxsiyyətinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri pro­sessual hərəkətlər həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hər­bi-tibb baş idarəsi tərəfindən keçirilən məh­kəmə-genetik ekspertizasının hazırkı mər­hələsində Xankəndi sakini olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da, kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)

2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)

3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)

4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)

5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)

6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)

(Xankəndi şəhər sakinləri)

7. Cavadov Əli Müsül oğlu (15.06.1954)

8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)

9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)

*10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)*

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26 fevral1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Toplanmış materiallar Baş Prokurorlu­ğun İstintaq idarəsində ibtidai istintaqı apa­rılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

XQ

Son xəbərlər