Oğurluq halları ilə bağlı araşdırma aparılır

post-img

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Azizov müəyyən olunaraq saxlanılıb.  

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə Şəhər BPİ 2-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də şəhər ərazisindəki avtomobil təmiri sexlərinin birindən 1350 manat pul oğurlamaqda şübhəli bilinən A.Alıyev saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhər sakininin bank kartından 290 manatını oğurlamaqda şübhəli bilinən E.Kazımov müəyyən olunaraq saxlanılıb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər