QDİƏT PA AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməyə çağırıb

post-img

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Beynəlxalq Katibliyi adından Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosa müracət ünvanlanıb. 

Məktub QDİƏT PA-nın vitse-prezidenti və qurumda­kı Türkiyə nümayəndə heyə­tinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyəti­nin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayən­də heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyə­tinin rəhbəri Konstantinos Vla­sisin adından göndərilib. 

Sənəddə qeyd olunur ki, ötən müddət ərzində QDİƏT PA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əmək­daşlıq edib. Lakin təəssüf ki, həm QDİƏT PA-nın, həm də AŞPA-nın üzvü Azərbaycan AŞPA-da səsvermə hüququn­dan məhrum olunub. 

Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərin­dən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbay­can nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ­nun bərpa olunacağına ümid­lərini ifadə ediblər.

XQ

Son xəbərlər