Fransanın məkrli siyasəti heç bir nəticə verməyəcək

post-img

Fevralın 21-də Fransa Respublikasının prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

Bu fikir Fransa prezidentinin iddiaları­na dair Azərbaycan Xarici İşlər Nazirliyi­nin (XİN) şərhində yer alıb.

Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən di­dərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barə­də indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükə­sizliyindən danışması tamamilə yersizdir.

“Bununla yanaşı, Alma-Ata bəyan­naməsi və müəyyən xəritələr çərçivəsin­də ərazi bütövlüyünün vacibliyinə toxu­nan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təca­vüzünə və Azərbaycan ərazilərinin işğa­lına, habelə hazırda Ermənistanın Azər­baycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbu­ledilməzdir və bu kimi qərəzli yanaşmala­ra son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik ya­ratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bə­yan edirik”, – Azərbaycan XİN-in şərhində vurğulanıb.

XQ

Son xəbərlər