Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb

post-img

Xankəndi şəhəri erməni işğalından azad edildikdən sonra burada, demək olar ki, hər gün müxtəlif silah-sursatlar tapılır. 

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.  

P.ƏMİRCANOV

XQ

Son xəbərlər