Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı müxtəlif təşkilat və qurumlarda tədbirlər davam edir.
Bu günlərdə AMEA-nın Dilçilik İnstitutunda və Azərbaycan Milli Xalça Muzeyində keçirilən tədbirdə BDU-nun professoru Nəsiman Yaqublu Şərqdə ilk dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadənin xidmətlərindən danışaraq bu böyük şəxsiyyətin istiqlal mübarizəsi tarixində bugünkü və gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Tədbir iştirakçıları M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı faktlar, mənbələr əsasında yazdığı çox sayda kitablara görə professor N.Yaqubluya minnətdarlıqlarını bildiriblər.
Kəmalə ABDİNOVA
XQ