Bəstəkar Cavanşir Quliyevin müalicəsi başa çatıb

post-img

Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm. 

Bu fikirləri Heydər Əliyev Fondu tərə­findən Türkiyədə müalicə olunan Azər­baycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev açıqlamasın­da ifadə edib. 

Səhhəti ilə bağlı danışan bəstəkar de­yib: “Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdə­ki narahatlıq eyni vaxtda üç problemin ya­ranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində 3 əməliyyat keçir­dim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa yeni problem yaranmadı, hətta əvvəlki nara­hatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.

Son xəbərlər