Qazaxıstanın daxili işlər naziri Azərbaycanda

post-img

Azərbaycanın Daxili işlər naziri, general–polkovnik Vilayət Eyvazov və Qazaxıstanın daxili işlər naziri, polis general-leytenantı Erjan Sadenov birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

V.Eyvazov iki qardaş ölkənin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellə­rinin bağladığını, Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin strateji tərəfdaşlıq xa­rakteri daşıdığını xatırladaraq, Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaş­lığın da dərinləşdiyini diqqətə çatdırıb. Nazir ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsin­də birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradıl­mış normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təh­lükəsizliyə xidmət etdiyini vurğulayıb.

Qazaxıstan daxili işlər naziri polis gene­ral-leytenantı Erjan Sadenov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək ölkəsində ictimai asayişin qorunması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxi­li İşlər Nazirliyi ilə əməkdaşlığı daha da ge­nişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxi­li Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xid­mətinə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə gedərək həmin qurumların fəaliy­yəti ilə yaxından tanış olublar.

XQ

Son xəbərlər