Baş Prokurorluqda mükafatlar təqdim olunub

post-img

Dünən Baş Prokurorluqda ölkə Prezidentinin 2023-cü il 30 sentyabr tarixli sərəncamına əsasən təltif edilmiş, Baş prokuror tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsa­biqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatlar təntənəli surərdə təqdim olunub.

Mərasimdə Baş prokuror Kamran Əliyev ölkə başçısı İlham Əliyevin Mil­li Məclisdə andiçmə mərasimi zamanı proqram xarakterli çıxışında ölkəmizin gələcək inkişafına hesablanmış konsep­tual məsələlər və həlli vacib olan proses­lərlə bağlı səsləndirdiyi fikirlərin müasir dövrdə respublikada qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilmə­si, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizlik və asayişin təmin olunması sahəsində prokurorluq orqanları qarşısın­da yeni vəzifələr qoymasını qeyd edib. 

Sonra xidməti vəzifələrinin icrasında fərqləndiklərinə və və peşəkarlıq göstər­diklərinə görə təltif edilmiş prokurorluq əməkdaşlarına layiq görüldükləri medallar təqdim olunub. Baş Prokurorluqda keçi­rilən müsabiqələrinin nəticələrinə əsasən, “İlin ən yaxşı müstəntiqi” seçilmiş Tural Hümmətzadəyə və “İlin ən yaxşı döv­lət ittihamçısı” olmuş Zamil Mehralıyevə isə diplom və mükafatlar verilib. Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti, “Bakinski raboçi” qəzeti və “e-huquq.az” informasiya portalı “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Mərasimdə “Heydər Əliyev və pro­kurorluq” kitabınının təqdimatı da olub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yeni nəşrin faydalı və san­ballı məlumat mənbəyi olduğunu söylə­yib.

Mərasimdə prokurorluq orqanlarında görülən işlər və əldə olunan nailiyyətlər barədə hesabat xarakterli videoçarx nü­mayiş olunub.

XQ

Son xəbərlər