MŞ: Prezident seçkilərinin informasiya təminatı yüksək səviyyədə reallaşdı

post-img

Azərbaycan Mətbuat Şurası medianın 7 fevral prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb. Şuradan XQ-yə daxil olmuş məlumatda bildirilib ki, qurum 7 fevral prezident seçkilərində də medianın fəaliyyətini diqqət mərkəzində saxladı. Şuranın bununla bağlı iş prinsipi əsasən üç istiqaməti əhatə etdi - seçkiqabağı dövrdə media orqanlarının monitorinqi, “qaynar xətt” rejimi və seçki məntəqələrində müşahidə. 

“Seçkiqabağı dövrdə Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirdi. Monitorinqin nəticələri onu deməyə əsas verdi ki, Azərbaycan jur­nalistikası seçki kampaniyası müddə­tində ədalətli rəqabət mühitinin forma­laşmasına həssas yanaşdı, cəmiyyətin obyektiv informasiya almaq hüququ­nun gerçəkləşməsini təmin etdi. Ha­belə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmadı”, – məlumatda qeyd olu­nub. 

Məlumatda o da bildirilib ki, seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarın­da oldu. Gün ərzində şuranın bu rejim­də fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edildi. Həmin müraciət üzrə müəy­yənləşdirildi ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmə­diyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırıldı, ona qanunvericiliyin tələbləri izah edil­di.

Məlumatda, eyni zamanda, vurğu­lanıb ki, Mətbuat Şurası İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, elə­cə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və respublikamızın müxtəlif bölgələrin­dəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini apardılar, media təmsilçiləri ilə fərdi təmaslar qurdular. Həm onların müşahidələrindən, həm də “qaynar xətt” rejiminin yaradılma­sından məqsəd seçki günü jurnalistlə­rin fəaliyyəti baxımından baş verə bilə­cək anlaşılmaz durumların, mümkün maneələrin qarşısını operativ sürətdə almaq idi: “Hər iki istiqamət üzrə görül­müş işlərin təhlili göstərdi ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirdilər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seç­ki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstər­dilər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düz­gün yönləndirilməsi baxımından əhə­miyyətli oldu”. 

Mətbuat Şurası yekunda belə nəti­cəyə gəlib ki, 7 fevral prezident seçkilə­ri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü media­nın prosesi işıqlandırması, onun qanu­nauyğun fəaliyyətinin, bütövlükdə me­dia azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirildi: “Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı. Ən əsası, Azərbaycan me­diası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nü­mayiş etdirdi. Xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət daşıyan bu missiyanın gerçəkləşməsində əmə­yi keçənlərin hər birinə, jurnalistlərə təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”. 

R.AMİN

Son xəbərlər