“İlin ən yaxşıları” kimlər olacaq?

post-img

Avropada gimnastika üzrə 2023-cü ilin ən yaxşı idmançısı və məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. Siyahıda Azərbaycan təmsilçiləri də var.

Tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin ilin idmançısı, yığ­maya rəhbərlik edən Adil Hüseynzadə isə ilin məşqçisi adına namizəd göstərilib.

Hər nominasiya üzrə qaliblər azar­keşlər arasında keçi­rilən səsvermənin nəticələrinə əsasən bəlli olacaq.

Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Brita­niyanın Birmingem şəhərində keçirilmiş batut gim­nastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.

XQ

Son xəbərlər