Prezident seçkilərində namizədlər dövlətimizin başçısını qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər

post-img

Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng ediblər.

Namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Res­publikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının döv­lət başçısına olan inam və etimadının ifadəsi, ölkəmi­zin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildi­riblər.

Namizədlər budəfəki seçkilərin ərazi bütövlüyü­nü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə oldu­ğunu qeyd ediblər. Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndi şəhə­rində yerləşən seçki məntəqəsində səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar. 

Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlo­bal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzula­yaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər.

Azərbaycan Respublikasının Prezidenti təbrik­lərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı prezident seçkilərində iştirak edən namizədlər ara­sında konstruktiv dialoqa əsaslanan siyasi mədəniy­yətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alı­nacağını qeyd edib. 

Prezident İlham Əliyev seçkilərdə iştirak etmiş namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzula­yıb.

Son xəbərlər