Ərəblərin “Dəvə ili”

post-img

Dost ölkənin Azərbaycandakı səfirliyinin təq­dim etdiyi elektron materiallarda qeyd edilir ki, rəsmi Ər-Riyadın ötən il dekabrın 20-də qəbul etdiyi bu qərar ölkə rəhbərliyinin öz milli-mədəni irsinə qayğısının, xalqına, tarixinə, mədəniyyətinə və irsinə olan marağının davamı kimi dəyərləndi­rilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Dəvə Federa­siyası İdarə Heyətinin sədri şahzadə Fəhd bin Haslin bu addımı dövlətin və liderlərinin dəvələrə olan böyük marağını əks etdirdiyini, rəhbərliyin “Hədəf 2030”a uy­ğun məqsədlərinə töhfə verdiyini bildirib. O, vəliəhdin orijinal və qədim irsi qorumaq, insanları dəvə mədəniy­yətinə sadiq olmağa təşviq etmək və dəstəkləmək əzmi­ni yüksək qiymətləndirib: “Ərəblər və səudiyyəlilər hələ də dəvələrdən bəhrələnirlər, onlara dəyər verirlər və bu günə qədər onlara sahib olmaqdan qürur duyurlar”.

İ. QAÇAYEV

Dünya