Çin avtobusları uçmağa hazırlaşır

post-img

Çin mühəndisləri 7 il dayandırılan "Tranzit Ucaldılmış Avtobus" (TEB) layihəsinin yenidən icrasına başlayıblar.

Qeyd edək ki, bu avtobuslar 1200 sərnişin tutumuna malik olduqları üçün, həm də bir növ metro funksi­yasını yerinə yetirirlər. Onlar avto­mobillərin üzərindən rahatlıqla keçə biləcəklər.

Məlumata görə, sabit relslər üzə­rində çalışacaq bu avtobusların bir ədədi təxminən 3,5 milyon funt-ster­linqə başa gələcək.

Mütəxəssislər hesab edirlər ki, av­tobusların hərəkəti üçün lazım olan infrastrukturu bir il ərzində qurmaq mümkündür.

XQ

Dünya