Yenə yağmursuz, yenə dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən cənub-qərb küləyi əsəcək, səhər şi­mal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 7-12°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçə­cək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 17-22° , dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya