Seçki ilə bağlı bütün proseslərdə qadınlar önəmli rol oynayırlar

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı proqramında nəzərdə tutulan maarifləndirmə tədbirləri müvəffəqiyyətlə reallaşdırılmaqdadır.

Dünən Mərkəzi Seçki Komissiyası­nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçi­vəsində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan “dəyirmi masa” keçirilib.

Maarifləndirmə tədbirinin keçirilmə­sində əsas məqsəd Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınları­nın seçkilərdə azad və sərbəst fəaliyyə­tinin təkmilləşdirilməsi, onların fəallığının və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş layihələrin mü­zakirəsindən ibarət olub.

MSK sədri deyib ki, növbədənkənar prezident seçkiləri ilə bağlı silsilə maarif­ləndirmə tədbirləri davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­si ilə birgə keçirilən bu tədbirə də xüsusi əhəmiyyət veririk. Çünki Azərbaycanda qadınlar həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Ona görə də seçki ilə bağlı bundan sonrakı bütün proseslərdə qadınlar önəmli rol oynayacaqlar. Həm müşahidəçi qismində prosesi izləyən, həm də seçici kimi prosesdə iştirak edən qadınlar fəallıq nümayiş etdirəcəklər.

M.Pənahov növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahi­dəçi qeydiyyatdan keçdiyini diqqətə çar­dırıb. Deyib ki, ölkədə 6300-dən çox seç­ki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, çünki onların müəyyən məsələlərə müdaxilə et­mək səlahiyyətləri var.

Beynəlxalq müşahidəçilərin sayı­nın 800-ə çatdığını bildirən MSK səd­ri əlavə edib ki, beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib hesab edirik. “Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin. ATƏT-in müşahidəçilərinin vəzifəsi işğaldan azad olunmuş ərazilərdə ciddi müşahidə apar­maq olmalıdır. Çünki biz bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”, – deyə o əlavə edib.

 

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər