Türkiyənin parlament heyəti XİN-də

post-img

Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Tərəflər Şuşa Bəyannaməsi çərçi­vəsində bütün sahələr, xüsusilə də təh­lükəsizlik və ordu quruculuğu üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələ­rini, bu münasibətlərin geniş inkişaf potensialının mövcudluğunu vurğula­yıblar. 

Nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiq­lik münasibətlərinin intensiv inkişafını məmnunluqla vurğulayıb və qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib. 

Hulusi Akar ölkələrimizin bütün plat­formalarda bir-birinə göstərdiyi qarşı­lıqlı dəstəyin səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin pers­pektivlərindən məmnunluğunu ifadə edib. 

XQ

Son xəbərlər