Xaricdə yaşayan həmvətənlərimiz seçkiyə Vətən sevgisi ilə gedəcək

post-img

Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüququnu təmin etmək üçün lazım olan bütün işləri həyata keçirir. Səsvermə hüququ olan vətəndaşlarımız həmin gün seçkiyə qürurla gedəcəklər. Çünki onlar qalib ölkənin təmsilçiləridir. Hazırda Azərbaycan dünyada qalib, işğal altında olan torpaqlarını öz gücü ilə cəmi 44 günə azad edən ölkə kimi tanınır. Bu, hər bir soydaşımızı qürurlandırır. Onlar belə bir ölkənin vətəndaşı olduqlarına görə fəxr edirlər. 

Almaniyada yaşayan səsvermə hüququ olan vətəndaşlarımız da növbə­dənkənar prezident seçkilərinə bu əh­val-ruhiyyə ilə gedirlər. Bu fikri Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev səsləndirib. 

O bildirib ki, Azərbaycanda növbə­dənkənar prezident seçkiləri elan olun­duqdan sonra səfirliyin saytında səsver­mə hüququ olan vətəndaşların seçicilər siyahısına daxil olması üçün xüsusi for­ma dərc edilib. Vətəndaşlarımızın səfirli­yin saytında qeydiyyatdan keçərək həmin formanı doldurmaları təmin edilib. Azər­baycanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səfirlik tərəfindən seçici si­yahıları hazırlanıb və Mərkəzi Seçki Ko­missiyasına təqdim edilib. Səfirliyin seçki ilə əlaqədar atdığı addımlar təqdirəlayiq­dir. Almaniyadakı vətəndaşlarımızın səs­vermədə rahat iştirakı üçün seçki günü nəqliyyat vasitələri ayrılacaq.

Almaniyada yaşayan vətəndaşları­mız Berlində yerləşən Azərbaycan Mə­dəniyyət Mərkəzində yaradılmış seçki məntəqəsində səs verəcəklər. Azərbay­canın Almaniyadakı səfirliyi artıq bu haq­da seçiciləri məlumatlandırıb. Bundan öncəki seçkilərdə Almaniyanın müxtəlif əyalətlərində yaşayan soydaşlarımızın Berlinə gəlməsi və səfirliyimizin binasında yaradılmış məntəqədə səs verməsi üçün xüsusi avtobuslar ayrılmışdı. Bu proses növbədənkənar prezident seçkilərində də həyata keçiriləcək. Bu işə diaspor təşki­latları da töhfə verdilər. 

Alman–Azərbaycan Mədəniyyət Evi bu seçkilərdə də soydaşlarımızın seçki məntəqəsinə rahat çatması və səs ver­məsi üçün öz dəstəyini təklif edəcək. Almaniyada yaşayan vətəndaşlarımız hər zaman seçkilərdə yüksək fəallıq nümayiş etdiriblər. Diaspor rəhbəri əminliklə bildi­rib ki, 7 fevral seçkilərində də soydaşla­rımız yaradılmış imkanlardan səmərəli istifadə edərək eyni fəallığı göstərəcək və növbəti müddətə Azərbaycan Respubli­kası Prezidentinin seçilməsinə töhfələrini verəcəklər. 

A.Ağayev Azərbaycanın ərazi bü­tövlüyü və suverenliyinin tam bərpa edil­məsindən sonra keçiriləcək seçkilərin əhəmiyyətindən danışarkən deyib ki, biz dünyaya demokratik ölkəmizin olduğunu nümayiş etdirəcəyik. Bu, bizim demokra­tik seçki zəfərimiz olacaq və tarixə düşə­cək. Xaricdəki soydaşlarımız da qalib ölkənin vətəndaşı kimi səsvermə hüquq­larından böyük qürur hissi ilə istifadə edə­cəklər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər