Şəffaf və demokratik seçki təmin edilib

post-img

8 saylı Binəqədi I Seçki Dairəsi üzrə hazırda 37 seçki məntəqəsi fəaliyyət göstərir. Bir seçki məntəqəsinin isə seçki qanunvericiliyinə əsasən, səsvermə gününə azı 5 gün qalmış seçki dairəsinin ərazisində yerləşən 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində yaradılması nəzərdə tutulub. Hazırda dairə üzrə seçicilərin sayı 49 min 460 nəfərdir. Onlardan 55 faizini qadınlar, 45 faizini isə kişilər təşkil edir. Növbədənkənar prezident seçkilərində 2 min 356 nəfər ilk dəfə səs verəcək. Onlarla maarifləndirici söhbətlər aparılıb. 

DSK-nın sədri Natiq Əliyev növbə­dənkənar prezident seçkilərinə hazırlıqla əlaqədar daha sonra bildirdi ki, bu vaxta qədər ölkəmizdə keçirilən seçkilərdə hər hansı bir insident, seçkinin nəticəsinə tə­sir edə bilən ciddi qanun pozuntuları və digər neqativ hallar baş verməyib. Hətta beynəlxalq müşahidəçilər ölkəmizdə ke­çirilən seçkilərdə tətbiq edilən yenilikləri yüksək dəyərləndiriblər. Qeyd ediblər ki, həmin yeniliklər seçkilərin şəffaf və de­mokratik keçirilməsində digər ölkələrə örnəkdir. Seçki məntəqələrinə veb-kame­raların quraşdırılması, barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi, ultrabənövşəyi lampalarla müşahidə edil­məsi yenilikdir. O qeyd etdi ki, növbə­dənkənar seçkilərdə də bu yeniliklər tət­biq ediləcək.

N.Əliyev seçkiyə hazırlıq işləri barə­də də məlumat verərək dedi ki, Mərkə­zi Seçki Komissiyası tərəfindən seçki məntəqələri seçkiyə aid olan bütün zəruri əşyalarla – seçki kabinələri və qutuları, seyf, ultrabənövşəyi lampalar, mürəkkəb balonları, generator, istilik radiatorları, fənər, məlumat lövhələri, dövlət rəmzləri olan bayraq, gerb və s. təchiz olunmuş­dur. İstismar müddəti bitmiş və yararsız vəziyyətə düşmüş əşyalar və avadanlıq­lar dairə seçki komissiyasının məluma­tı əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən yenilənmişdir. Seçki dairəsi üzrə sağlamlıq imkanları məhdud olan seçicilərin səs verməsi üçün şəraitin yara­dılması məqsədilə MSK tərəfindən seçki məntəqələrinin girişlərində panduslar qu­raşdırılıb. Seçki dairəsi üzrə əvvəlki seç­kilərdə olduğu kimi, 10 seçki məntəqəsin­də veb-kameralar yerləşdirilib.

Namizədlərin təbliğat və təşviqa­tı üçün seçki dairəsi üzrə bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılmışdır. Eyni zamanda, namizədlər üçün seçki dairəsinin ərazi­sində təbliğat məqsədilə bir qapalı və bir açıq yer müəyyən olunmuşdur.

Seçkidə şəffaflığın və demokratikliyin təmin olunmasında əsas vasitələrdən bir də müşahidəçilərin çoxluğu və onla­ra yaradılan şəraitdir. N.Əliyev dedi ki, bu məsələ daim diqqət mərkəzindədir. Bir neçə gün əvvəl beynəlxalq müşahi­dəçilərdən ATƏT/DTİHB-də Qazaxıstanı təmsil edən Akanov Olzhas və italiyalı Ar­cidlacono Noemi DSK-ya gəlmişlər. Bun­dan əlavə, 600-ə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib. Bizim dairə üzrə bütün işlər MSK-nın hazırladığı “Təqvim Planı” na uyğun aparılıb. Biz növbəti dəfə şəffaf və demokratik seçki nümayiş et­dirəcəyik.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər