Abşeronda seçkiyə son hazırlıq

post-img

Ölkəmizdə əhalinin seçki hüququnun təmin olunması üçün bütün imkanlardan istifadə edilir. 50 saylı Abşeron III Seçki Dairəsi də bu məqsədlə yaradılıb. DSK Mehdiabad, Saray və Digah qəsəbələrinin, Novxanı, Məhəmmədi, Fatmayı və Görədil kəndlərinin inzibati ərazisini əhatə edir. Dairə Seçki Komissiyasının əhatəsində 23 yeni seçki məntəqəsi formalaşdırılıb. Növbədənkənar prezident seçkilərində DSK üzrə 53 min 835 seçicinin səs verməsi nəzərdə tutulub. 

Dairə Seçki Komissiyasının sədri Çingiz Hünbətov deyib ki, DSK-nın yeni formalaşdırılmasına baxmayaraq, pre­zident seçkilərinə hazırlıq yüksək səviy­yədədir. Aşağı seçki komissiyaları MSK tərəfindən təşkil olunmuş treninqlərdə bilik və bacarıqlarını artırıblar. Treninqlər MSK-nın təcrübəli mütəxəssisləri tərə­findən aparılıb. Bütün seçki məntəqələri seçki prosesi zamanı lazımi ləvazimat­larla təmin olunub. Üç seçki məntəqə­sində veb-kameralar quraşdırılıb. Seçki məntəqələrinə yaxın ərazilərdə quraşdı­rılmış xüsusi dəmir lövhələrdə prezident­liyə namizədlərin təşviqatının aparılması üçün bərabər səviyyədə yer ayrılıb. Bu vaxta qədər namizədlərin səlahiyyətli nümayəndələri tərəfindən hər hansı bir narazılıq və şikayət daxil olmayıb. DSK üzrə 495 müşahidəçi qeydiyyata alınıb. Onların seçkilərdə müşahidə aparmaları üçün qanunvericiliyin tələblərinə ciddi ri­ayət olunur.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər