MSK-da İKT mütəxəssislərinə seminarlar keçirilir

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar yanvarın 24-də Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb.

Seminarın təşkilində məqsəd dairə seçki komis­siyalarının informasiya texnologiya üzrə mütəxəs­sislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sis­teminin (DAİS) təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, DAİS-in proqram təminatları ilə birbaşa və praktiki istifadənin təmin edilməsi, habelə iştirakçıları maraqlandıran məsələlərin əyani şəkildə izah edilməsidir.

İnformasiya Texnologiyaları üzrə mütəxəssislər seminarlarda praktiki məşğələlərlə test rejimində iş­ləyəcəklər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər