MSK seçicilərə SMS çağırışı edir

post-img

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərilə bağlı mobil operatorlar vasitəsilə əhalinin məlumatlandırılmasına başlanılıb. Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı SMS-lər göndərilir.

“7 fevral 2024-cü il prezident seçkiləri günüdür! Səsvermə hüququmuzdan istifadə edək!”, – göndə­rilən SMS-lərin mətnində qeyd edilib.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər