“Mənim səsim” Monitorinq Koalisiyasının 500 müşahidəçisi qeydiyyatdan keçib

post-img

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası hazırkı mərhələdə özünün qeydiyyata alınmış müşahidəçilərinin məntəqə və dairələr üzrə yerləşdirilməsi üzərində çalışır. Koalisiyamızın 500 müşahidəçisi artıq qeydiyyatdan keçib”.

Bu sözləri “Mənim səsim” Seçki Monitorinq Ko­alisiyasının həmtəsisçilərindən olan “Beynəlxalq İn­san Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı deyib.

QHT sədri deyib ki, koalisiya prezidentliyə na­mizədlərlə görüşlərini davam etdirir və seçki mühiti ilə bağlı müzakirələr aparılır. Namizədlər seçki mühi­tindən hər hansı bir narazılıq ifadə etməyiblər.

Müşahidəçilərin yaddaş kitabçaları ilə təmin edil­məsi istiqamətində də iş aparıldığı diqqətə çatdırılıb. Bu işlər yekunlaşdıqdan sonra isə müşahidəçilərlə təlimlərə start veriləcək. Müşahidəçilərin əksəriy­yəti peşəkar şəxslərdirlər. Bununla belə, Seçki Mo­nitorinq Koalisiyası tərəfindən təlimlər təşkil edilir. Bölgələr üzrə keçiriləcək təlimlərdə müşahidəçilərlə müzakirələr aparılacaq.

Qarşıdakı mərhələdə beynəlxalq müşahidə mis­siyaları ilə görüşlər də davam etdiriləcək.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər