Sabah Yer kürəsini yeni maqnit qasırğası bürüyəcək

post-img

Yanvarın 23-də Yer kürəsini yeni maqnit qasırğası bürüyəcək. 

Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yer alıb. 

Alimlərin fikrincə, maqnit qasırğasının pik nöqtəsi Moskva vaxtilə saat 06:00-da (Bakı vaxtilə saat 07:00) proqnozlaşdırılır. Sonra geomaqnit pozuntuları daha bir neçə saat davam edəcək.  

Gözlənilən maqnit qasırğasının G1 səviyyəsində, yəni zəif olacağı qeyd edilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta mülayim fırtına zamanı meteohəssas insanlarda baş ağrıları, təzyiq dəyişikliyi və ya sürətli ürək döyüntüsü ola bilər.

Qeyd edək ki, maqnit qasırğasının maksimum səviyyəsi G5 olaraq təyin edilib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər