Texnologiya Universitetinin tələbələri Naftalandakı otellərdə təcrübə keçəcəklər

post-img

Gəncədə Azərbaycan Texnologiya Universitetində Naftalandakı "Qarabağ" (“Garabagh Resort &Spa Naftalan Hotel”), "Çinar" (“Chinar Hotel&Spa Naftalan”) və "Qaşaltı" (“Gashalti Health Hotel Naftalan”) otellərinin rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə həmin otellərlə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları və perspektivləri, birgə kadr hazırlığı, tədbirlərin (forum, konfrans, seminar, master-klass və s.) təşkili məsələləri müzakirə edilmişdir. Görüşün yekununda ATU tələbələrinin sözügedən otellərdə təcrübə keçməsinə dair müqavilə imzalanmışdır. 

 Məlumat üçün bildirək ki, Azərbaycan Texnologiya Universitetinin "Turizm sənayesinin təşkili" kafedrasında “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Naftalandakı bu otellər isə dünyanın bir çox ölkələrindən qonaqlar qəbul edir və ən müasir standartlara cavab verir. Təbii ki, bütün bunlar tələbələrin təcrübə keçməsinə və nəticədə kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcək.

 

Hamlet QASIMOV, 

XQ-nin bölgə müxbiri

 

 







Elm