Biz sizdən öyrəndik qəhrəmanlığı!

post-img

Müstəqilliyə aparan cığırları 20 Yanvar şəhidləri açdılar. Onlar öz mübarizlik, cəsurluq və fədakarlıqları ilə tarix yazdılar. Həmin gecə dünyanın ən böyük dövlətinin təpədən-dırnağa qədər silahlanmışordusu Bakıda əliyalın sadə vətəndaşlar qarşısında məğlub oldu. Bu məğlubiyyət sonralar həmin ordunun qoruduğu nəhəng imperiyanın da süqutunda həlledici və əhəmiyyətli rol oynadı.

Həmin hadisədən sonra ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi.

Xalqımızın yurd təəssübü çəkən vətənpərvər övladları Birinci Qarabağ döyüşlərində silaha sarılaraq torpaqları­mızın müdafiəsinə qalxdılar.

Aprel döyüşlərində Böyük Qələbənin təməli qoyuldu.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində 30 ilə qədər işğal altında olan torpaqlarımız azad edildi, xalqımızın hərb tarixində möhtəşəm Zəfər qazanıldı.

Ötən ilin sentyabrında həyata keçi­rilən lokal antiterror əməliyyatları nəticə­sində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

1990-cı ilin 20 Yanvarında Bakı küçələrində sinəsini xalqımızın süveren­liyi və azadlığı uğrunda tankların, topla­rın və zirehli texnikanın qabağında sipər edənlərin arzuları çiçək açdı!

Onların müqəddəs arzularını ger­çəkləşdirən davamçıları bu gün Şəhid­lər xiyabanında hesabat verirlər: rahat yatın, rahat uyuyun! Sizin başladığınız yolu canımız-qanımız bahasına olsa da, uğura daşıdıq. Əziz və unudulmaz şə­hidlər, sizin bütün arzularınız üstünüzə düzdüyümüz qərənfillər kimi qıpqırmızı çiçək açıb. Şuşada, Xankəndidə üçrəng­li Azərbaycan bayrağı dalğalanır. Ölkə­mizin müstəqilliyi əbədi və dönməzdir! Xalqımızın qazandığı Zəfər yolumuza nur ələyir...

Yeriniz behişt, torpağınız yumşaq ol­sun, şəhidlər!

Süleyman QARADAĞLI

Son xəbərlər