Sümüklərdə probleminiz varsa...

post-img

Son illər sümük ağrısı problemi təkcə yaşlılarda yox, gənclərdə də başlayıb. Buna səbəb zərərli qidalanma və sümük əridən qazlı içki, çay və qəhvənin çox içilməsidir. 

Osteoporoz – sümüklərin zəifləməsi, nazikləşməsi, sıxlığının azalmasıdır. Bu, əsasən, qadınlarda estrogen hormonu düşdükdə baş verir. Zamanla insanın qaməti, beli əyilir, ağrı olur və boyu qısa­lır. Beynəlxalq Sağlamlıq Fondunun eks­pertləri bildiriblər ki, sümüklərin sağlamlı­ğı üçün insana 3 əlavə maddə – kalsium, zülal və fosfor lazımdır.

Ayrılıqda bu əlavələr faydalıdır, amma onlar digər mikroelementlərlə bir­likdə qəbul edildikdə, optimal nəticə verir. Kalsium əsasən, D vitamini və maqnezi­umla birgə yaxşı təsir edir.

Kalsium. Süd məhsullarından əlavə küncüt, brokkoli, ispanaq, kələm, əncir, mərci, noxud, çia toxumu kalsiumla zən­gindir. 

Zülal. Hər gün 150 qram qəbul etmək lazımdır: yağsız ət, toyuq, balıq, mərci, avokado, çərəzlər, sparja, yumurtada boldur. 

Fosfor, Kakao, mal qaraciyəri, toxum­lar, balqabaq, soya, mərci, paxlalıların tərkibində olur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat