“Unudulmaz yaddaş”

post-img

Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar hadisələrinin 34-cüildönümünə həsr olunmuş“Unudulmaz yaddaş” adlı toplantı keçirilib. Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladığı bədii kompozisiya təqdim olunub.

Qeyd olunub ki, otuz dörd il əvvəl yanvarın 19-dan 20-nə ötən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Bildirilib ki, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canla­rından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyaba­nı bizim müqəddəs and yerimizə çevrilib. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və dərnək üzvləri, Səbail rayonu 7 nömrəli tam orta məktəbin müəllim­ləri, şagirdləri və digər qonaqlar iştirak ediblər.

XQ

Son xəbərlər