Dəyişkən buludlu, yağmursuz...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8°, gündüz 8-12° isti olacaq. Atmosfer təz­yiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağ­mursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın tempera­turu gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya