Yüksək Texnologiyalar Parkında 20 Yanvar faciəsinin 34-cü ldönümünə həsr olunan anım tədbiri

post-img

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yüksək Texnologiyalar Parkının direktoru Vasif Abbasov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, Azərbaycan xalqının milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. O, 20 Yanvar gününün xalqımızın yaddaşına həm hüzn və qürur, həm də milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.

Direktor 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli lider tərəfindən verildiyi diqqətə çatdırıb.

Vasif Abbasov qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial problemlərinin həll olunmasına xüsusi diqqət ayırır: “Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi

nəticəsində torpaqlarımız işğaldan azad edilib, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb”.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, o gün yaşananların ağrı-acısının hələ də qəlblərimizdə olduğunu, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yad edildiyini bildiriblər.

Qabil YUSİFOĞLU
XQ

 

Son xəbərlər