Fransa Senatının sonuncu qətnaməsi düşmənçiliyin növbəti ifadəsidir

post-img

Yanvarın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşüb. 

Spiker Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də Azərbaycana qarşı qə­bul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. S.Qafarova dünyada ikili standartların mövcud olduğunu deyərək, qeyd edib ki, bu gün Azərbay­canın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Onun sözlərinə görə, Fransanın son dövrlərdə ölkəmizə qarşı mütə­madi hal alan davranışlarında bunu aydın şəkildə görürük. 

Milli Məclisin Sədri Fransa Senatının sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandı­raraq, deyib ki, Fransa bu cür addımları ilə bey­nəlxalq hüququn norma və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

XQ

Son xəbərlər