Azərbaycan – Slovakiya hərbi məsləhətləşməsi

post-img

Yanvarın 18-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov qonaqları sa­lamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. 

Azərbaycanla Slovakiya arasında hərbi-texni­ki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak ölkəmi­zin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar azərbaycanlı həmkarını təbrik edib. Re­gionun ən güclü ordularından biri olan Azərbay­can Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliy­yatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Sonda Azərbaycan ilə Slovakiya arasında hər­bi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər