Mərkəzi Seçki Komissiyasının iclası

post-img

Yanvarın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə Komissiyanın yanvarın 13-də keçirilən ic­lasının protokolu təsdiqlənib. 

Sonra 2024-cü il fev­ralın 7-də keçiriləcək növ­bədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seç­ki Komissiyasının qərarı ilə qeydə alınmış namizədlər Zahid Məhərrəm oğlu Orucun və Fuad Ağasi oğlu Əliyevin, habelə namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslər təyin edilməsi ilə bağlı müraciətlərinə baxı­lıb. Komissiya sözügedən namizədlər və siyasi par­tiya tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri qeydə alıb.

İclasda Komissiya üzvlərinin və iştirakçıların diqqətinə çatdırılıb ki, prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif seçki sub­yektlərini əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan layihələrdən biri artıq başa çatıb. Belə ki, Mərkəzi Seçki Komissiyası­nın Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində təşkil olunan və seçkilərdə polis əməkdaşlarının xid­məti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən regional seminar-müşavirələr yanvarın 9-dan etibarən Bakı, Gəncə, Şəki, Şirvan və Naxçıvanda müvəffəqiyyətlə keçirilib. Yanvarın 18-də Naxçı­van şəhərində keçirilən tədbirlə layihə yekunlaşıb. Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn və yüksək səviyyədə hazırlanıb keçirilən se­minar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirli­yinin müvafiq qurumlarının nümayəndələrinin təqdi­matında qarşıdan gələn seçkilərdə polis əməkdaş­larının qanunvericiliklə müəyyənləşdirilmiş rolu və vəzifələri barədə ətraflı məlumat verilib.

Beynəlxalq müşahidə missiyasının təmsilçi­si, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirak etdikləri iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub, həmçinin cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər