Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Pre­zidenti seçkilərində namizədliyi Böyük Azər­baycan Partiyası tərəfindən irəli sürülmüş El­şad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkə­zi Seçki Komissiyası) 2023-cü il 21 dekabr tarixli 10/30 saylı Qərarı ilə təsdiq edilmişdir. 

Namizədin müdafiəsi üçün toplanmış se­çici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2024-cü il yan­varın 3-də partiyanın səlahiyyətli nümayən­dəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəl­ləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəl­ləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürül­müş Elşad Nəbi oğlu Musayev namizəd kimi qeydə alınsın. 2. Bu Qərar dərc edildiyi gün­dən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər