Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

2024-cü il fevralın 7-nə təyin edilmiş növ­bədənkənar Azərbaycan Respublikası Prezi­denti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 21 dekabr tarixli 10/29 saylı Qərarı ilə təsdiq edilmişdir. 

Namizədin müdafiəsi üçün toplanmış se­çici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2024-cü il yan­varın 3-də namizədin səlahiyyətli nümayən­dəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəl­ləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəl­ləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəb­büsü ilə irəli sürülmüş Fuad Ağasi oğlu Əli­yev namizəd kimi qeydə alınsın. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər