Xaçmazda elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb

post-img

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb.

Yanvarın 4-ü gecə saatlarında "Ford" markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü.

Müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Son xəbərlər