Miller: Rusiya ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün diplomatik səylər göstərməsinə mane olmur

post-img

Rusiya ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün mühüm diplomatik səylər göstərməsinə mane olmur.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı bildirib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyimizə heç bir şəkildə mane olmur və biz onları izləməyə davam edəcəyik”, - Miller deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, o, Vaşinqtonun görüş təyin olunanda açıqlama verəcəyini vurğulayıb.

XQ

Siyasət