Fransanın Rəbbaniyə düşmənçiliyi pislənilib

post-img

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin Fransanın tələbi ilə BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmamasını pisləyib.

Bəyanatda Fransa hökumətinə bu hadisənin hərtərəfli araşdırılması, başqa dövlətlərin daxili işlərinə qarışmaması, suverenlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə hörmət edilməsi və belə halların gələcəkdə baş verməməsi, xüsusilə, insan haqlarının və sülhün qorunması sahəsində çalışan şəxslər uçun hərəkət və ifadə azadlığının təmin edilməsi ilə bağlı çağırış edilib.

“İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyəti ədalət, insan haqları və beynəlxalq əməkdaşlığı pozan hallara qarşıdır. Bu hadisə ilə bağlı monitorinq aparacağıq və insan haqları, ədalət prinsiplərinin müdafiəsini davam etdirəcəyik”, – bəyanatda qeyd olunub.

XQ

 

Son xəbərlər