Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev” yubiley nəşrinin təqdimatı

post-img

Bakı Şəhər İcra Hakimiyyətində ümummmilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində Ulu öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu “Heydər Əliyev” kitabının  təqdimatı keçirilib. 

Mərasimdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər,  elm və mədəniyyət xadimləri, Millət vəkilləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin  nümayəndələri, Vətən müharibəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər. 

Təqdimatın əvvəlində kitabla bağlı videoçarx nümayiş etdirilib. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ümummmilli liderin xatirəsinə həsr edilən 2 fəsildən ibarət akademik nəşr Bakı Şəhər İcra Hakimiyyəti, AMEA Tarix və Etnologiya İnstitutunun birgə layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu öndərin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.   

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar ­İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə,  AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Onlar Vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıblar. Natiqlər bu  kitabın Ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.

XQ

 



Son xəbərlər