UNESCO-da Azərbaycanın qətnaməsi qəbul olunub

post-img

Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

Görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mə­dəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.

Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mül­kiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.

Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiy­yətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur.

Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müza­kirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiya­nın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

XQ

Son xəbərlər